Şəmkirdə "Məktəblilərin qidalanması" təlimi keçirilib (FOTO)

Şəmkirdə "Məktəblilərin qidalanması" təlimi keçirilib (FOTO)
14:43 20 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Şəmkir Heydər Əliyev Mərkəzində “Məktəblilərin qidalanması” adlı təlim keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, təlimdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Əvvəlcə Şəmkir Bilik Evinin nümayəndəsi Hicran Əliyeva çıxış edərək iştirakçılara Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi haqqında məlumat verib.

Sonra İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları Şəhla Mirzəzadə və Aysel Əkbərzadə çıxış edərək məktəblilərin düzgün qidalanması, sağlamlığı, orqanizmin zərərli maddələrdən qorunması qaydaları haqqında iştirakçılara məlumat verib, onların suallarını cavablandırıblar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2757124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR