İranda keçrilən seçkilərdə səs verən Rza Əlirzalu Kriştiano Ronaldoya bənzərliyi ilə diqqətti çəkib.
Fanat.Az xəbər verir ki, Tehranda səs verən Ronaldonun bənzəri sosial mediada günün mövzusuna çevrilib. Bəziləri onun şəklini "Ronaldo səs vermək üçün İrana gəlib" sözləri ilə paylaşıb.
Maraqlıdı ki, bir neçə gün əvvəl İranda Lionel Messinin oxşarı peyda olmuşdu.
Qeyd edək ki, seçkilərin qalibi olan Həsən Ruhani yenidən İran prezidenti seçilib.
Fanat.Az