"Fənərbaxça"nın taleyi bu qadının doğacağı uşaqdan asılıdır - FOTO

"Fənərbaxça"nın taleyi bu qadının doğacağı uşaqdan asılıdır - FOTO
15:53 20 May 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbaxça"nın Avropa liqasının finalında qarşılacağı komandanın adı bəlli olub. Finalda "Fənərbaxça"lı basketbolçular Yunanıstanın "Olimpiacos" komandası ilə qarşılaşacaq.

Publika.az xəbər verir ki, dünya mediası bu oyunun nəticələrini müzakirə edir. Qarşılaşmanın ən maraqlı məqamlarından biri "Olimpiacos" komandasının üzvü Vassilis Spanoulisin həyat yoldaşının final qabağı hamilə olmasıdır.

Onun həyat yoldaşının dünyaya gətirəcəyi uşağın cinsiyyəti görüşün nəticələrindən xəbər verir.

4 uşaq atası olan idmançı deyir ki, 2009, 2012, 2013 -cü illərdə oğlan övladları dünyaya gəlib və təmsil etdiyi "Olimpiacos" komandası 3 il ard-arda finala çıxaraq kubok qazanıb.

3 oğlan, 1 qız övladı olan cütlük 5-ci övladlarını gözləyir. Bütün medianın diqqəti Vassilis Spanoulisin arvadının doğacağı uşağın cinsiyyətinə köklənib.

Finalda "Fənərbaxça"nın taleyini doğulacaq uşaq həll edəcək.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/199540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR