"Turanbank"ın səhmdarlarının yığıncağı keçiriləcək

"Turanbank"ın səhmdarlarının yığıncağı keçiriləcək
16:37 20 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ İyunun 23-də, saat 15:00-da "Turanbank" ASC-nin səhmdarlarının yığıncağı keçiriləcək.
Bu barədə "Report" Banka istinadən xəbər verir. 
Məlumata görə, yığıncaq "Turanbank"ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 86 ünvanında olacaq. Yığıncağın gündəliyi açıqlanmayıb. 
Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55 003 470 manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur.  

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turanbank-in-sehmdarlarinin-yigincagi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR