Bakıda zavodda PARTLAYIŞ: ölən var

Bakıda zavodda PARTLAYIŞ: ölən var
16:42 20 May 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda zavodda partlayış hadisəsi baş verib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə bu gün saat 14:00 radələrində paytaxtın Nərimanov rayonundakı Bakı Mexaniki Tökmə Zavodunda baş verib.

Oksigen balonlarında baş verən qəfil partlayış nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Məmmədov Zamiq Qəhrəman oğlu dünyasını dəyişib, qardaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət işi başlanıb, araşdırma aparılır.

Məlumata görə, ölən və xəsarət alan qardaşlar zavoda qaz balonlarını doldurmağa gəlibmiş. Həmin vaxt zavodda partlayış baş verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/546769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR