Bakı sakininin başına iş gəldi - Evindəki fəhlə telefonunu, maşınını...

Bakı sakininin başına iş gəldi - Evindəki fəhlə telefonunu, maşınını...
17:34 20 May 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 29-da Bakı şəhər sakini İmran Muradov Xəzər RPİ 2-ci Polis Bölməsinə müraciət edərək həmin gün Buzovna qəsəbəsindəki evində fəhlə işləyən Şamaxı rayon sakini Vüqar Atakişiyevin onun mobil telefonunu oğurlamasını, həmçinin evinin qarşısında saxladığı "KİA" markalı avtomobili qaçırmasını bildirib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobil aprelin 30-da Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonu ərazisində tapılıb.

 

Xəzər RPİ 2-ci PB və Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakini Vüqar Atakişiyev Sabirabad rayonu ərazisində tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275023

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR