"İnter" dünya ulduzlarını asanlıqla transfer etmək imkanına malikdir"

"İnter" dünya ulduzlarını asanlıqla transfer etmək imkanına malikdir"
18:05 20 May 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in idman direktoru Pyero Auzilio yeni mövsümdə klubun səs-küylü transferlər etməycəyinə işarə vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı funksioner bunları qeyd edib:

"Klubun yeni sahibləri maliyyə baxımından Ronaldu kimi dünya ulduzlarını asanlıqla transfer etmək imkanına malikdir. Amma "finanacial fair play" səbəbindən bunu edə bilmirik. Yolumuz çox vaxt, ideya və ağıllı idarəçilik tələb edir. Biz bu mövsümə nisbətən daha az səhvə yol verməliyik. Hər gün mediadan "İnter"in adına yazılan futbolçular barədə xəbərlərə rast gəlirəm. İlk növbədə, məhdud maaş büdcəsini icra etməliyik. Gəlirimiz 200-230 milyon avrodur.

Çempionlar Liqasında müntəzəm çıxış edən "Juventus"un qazancı isə 400 milyon avrodur. Biz vaxtilə Dibalanı transfer etməyə cəhd göstərdik. Amma turin klubu ilə bizim təklif etdiyimiz məbləğ arasında 20 milyon avro fərq vardı. Argentinalı hücumçu da Turinə yollandı. İndiki zamanda transferlərə 200-300 milyon avro büdcə ayırmaq real görünmür. Bu, bizim üçün qeyri-mümkündür".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR