Azərbaycan 65-ci qızıl medalını qazandı

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində sərbəst güləş üzrə yarışlarda 61 kq çəki dərəcəsində Hacı Əliyev medal qazanıb.

O, qırğızıstanlı Alibek Osmonovu məğlub edib. Bu, Azərbaycanın İslamiadada qazandığı 65-ci qızıl medalıdır.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR