Bakı-Qazax yolundakı dəhşətli qəzanın görüntüləri

Hacıqabul rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində həyatını itirənlərdən hamısının kimliyi məlum olub.

Onlar 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.

Qəzada həyatını itirənlərin hamısı İmişli rayon sakinləridir. Əhmədov Elçin Cahangir oğlunun tələbə, digər şəxslərin isə İmişli şəhəri 5 saylı orta məktəbin şagirdləri olduğu bildirilir.

***

15:22

Hacıqabul rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin hamısı İmişli rayon sakinləridir.

Ölənlərin orta məktəb şagirdləri olduğu bildirilir.

Hələlik ölənlərdən yalnız ikisinin kimliyini öyrənmək mümkün olub. Bu, Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.

Ə. Əmiraslanlı avtomobilin sürücüsü olub.

Hazırda meyitlər Şirvan şəhər morqunda müayinə olunur.

***

Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Baklı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb.

“Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR