Fatihə və İxlas surələrinin digər adları hansılardır?

Fatihə və İxlas surələrinin digər adları hansılardır?
19:22 20 May 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

1) Fatihə surəsinin adları:
1. əs-Salət (Namaz). Peyğəmbərin (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Mən namazı Özümlə bəndəm arasında tən yarıya böldüm. Milli.Az zikr.az-a istinadən bildirir ki, yarısı Mənim, yarısı isə qulumundur, quluma dilədiyi veriləcək". Qul: "Həmd olsun aləmlərin Rəbbi Allaha!" - dedikdə, Allah: "Qulum Mənə həmd-səna etdi, quluma dilədiyi veriləcək" - deyir...". (Muslim, 395) qüdsi hədisinə əsasən...
2. Suratul-Həmd (Həmd surəsi) Ayənin əvvəli həmd ilə başladığına görə... Uca Allah buyurur: "Həmd olsun aləmlərin Rəbbi Allaha". (əl-Fətihə, 1).
3. Fatihətul-Kitəb (Kitabı Açan). Fatihə Quranın həm ön sözü, həm də xülasəsidir. "Özünü açan" və ya "Başqa bir şeyi açan" mənasına gələn adını Rəsulullahın (salləllahu aleyhi və səlləm) "Fatihətul-Kitəb" (Kitabın Girişi) tərifindən alır. (əl-Buxari "Təfsir", 1).
4. Ummul-Kitəb (Kitabın Anası). Alimlərin əksəriyyəti bu adı bu surə üçün icazəli görüblər.
5. Ummul-Quran (Quranın Anası). Alimlərin çoxu bu adı bu surə üçün icazəli görüblər.
6. əl-Məsəni (Təkrarlanan). Namazda hər rükətdə təkrarlandığına görə... Uca Allah buyurur: "Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik". (əl-Hicr, 87).
7. əl-Qurənul-Azim (Əzəmətli Quran).
8. əş-Şifə (Şəfa). Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Fatihətul-Kitəb - hər zəhərə qarşı bir şəfadir". (əd-Dərimi "Fədailul-Qurən" 12).
9. ər-Ruq'yə (mənəvi müalicə).
10. əl-Əsəəs (Quranın Əsası).
11. əl-Vafiyə (tam, bölünməz).
12. əl-Kəfiyə (qənaətbəxş, başqasının yerinə kifayət olan). Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Ummul-Qur'ən başqasının (namazda başqa surənin) yerini tutar, fəqət başqası onun yerin tutmaz". (əd-Dəraqutni, 1/322; əl-Hakim,  1/238).
(Mənbə: İmam əl-Qurtubi: "Təfsirul-Qur'ən" və "əl-Cəmiu li Əhkəmil-Qur'ən" kitabı, Fatihə surəsinin təfsiri). Həmçinin oxuyun:

2) Bu surənin ən məşhur adı "əl-İxlas"dır. Çünki əgər bəndə bu surəni oxuyub məzmununa əməl edərsə, bununla şirkdən xilas olmuş olar, lakin bu surənin bəzi dini mənbələrdə "ət-tovhid, ət-təfrid, ət-təcrid, əl-mə'rifə, əl-cəməəl, əl-iməən, ən-nəcəətu, əl-valəəyətu, ən-nisbətu, əl-məəniətu, əl-munfiratu, əl-bəraaətu, ən-nuur, əl-məhdar, əl-muqaşqişətu, əl-muavvizə, əl-muzəkkira, əs-saməd, əl-əməən" kimi adları da qeyd olunmuşdur. Ancaq sünnədə gələn adı "Qul huvallahu Əhəd"dir, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qul huvallahu Əhəd (yəni, İxlas surəsi) Quranın üçdə birinə bərabərdır". (əl-Buxari, "Fədailul-Qur'ən, 13).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR