Azərbaycanda qasırğa: evlər, binalar, maşınlar... - VİDEO

Azərbaycanda qasırğa: evlər, binalar, maşınlar... - VİDEO
20:14 20 May 2017
140 Digər
Ölkə mətbuatı
A- A+

 
 
 
 
Daşkəsəndə güclü külək ciddi fəsadlar yaradıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, qasırğa nəticəsində bina və evlərə, o cümlədən yaşayış və inzibati binaların dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatına, minik avtomobillərinə ziyan dəyib.
 
 
10-dan artıq elektrik dirəyi, 300 paqonmetrdən artıq elektrik kabeli, 3 rabitə dirəyi, 100 paqonmetrdən artıq rabitə kabelinin də sıradan çıxdığı bildirilir. Həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Mərkəzi Rayon Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.
 
 
Faktlarla bağlı aidiyyəti qurumlara məlumat verilib. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR