Türbət nədir?

Türbət nədir?
20:17 20 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Türbət lüğəti mənada "torpaq" deməkdir. Adətən, İslam müqəddəslərinin məzarı üzərindən götürülmüş torpağa "türbət" deyilir. Terminoloji mənada İmam Hüseynin (ə) dəfn olunduğu Kərbəla torpağı "turbət" adlanır. Kərbəla torpağının ən üstün və şəfalı torpaq olması barədə çoxlu hədislər vardır.

Milli.Az islam.az-a istinadən bildirir ki, namaz zamanı Kərbəla türbətindən düzəldilmiş möhürə səcdə etmək böyük savaba malikdir. Türbətdən hazırlanmış təsbehi çevirərək, Həzrət Fatimənin (ə) təsbihini söyləməyin də savabı çoxdur. Şəriətə görə vəfat etmiş müsəlmanı dəfn edərkən yanağının altına və sinəsinin üstünə azacıq türbət tökmək savabdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR