IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan aktivinə daha iki medal yazdırıb. Atletikanın uzunluğa tullanma növündə yarışan iki təmsilçimiz ikinci və üçüncü yeri tutub.
Publika.az xəbər verir ki, uzunluğa tullanmanın T12 kateqoriyasında mübarizə aparan Kamil Əliyev gümüş, Oleq Panyutin isə bürünc medal qazanıb.
Qeyd edək ki, bu iki mükafatla birlikdə millimizin medal sayı 130-a yüksəlib.
Foto: Nurlan Gülməmmədov