Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadanın sərbəst güləş yarışlarının qaliblərini mükafatlandırıb

Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadanın sərbəst güləş yarışlarının qaliblərini mükafatlandırıb
20:42 20 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışlarının final qarşılaşmasına baxıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, IV İslam Həmrəyliyi Oyunlarında 125 kq çəki dərəcəsində qalib gələn sərbəst güləşçilərin mükafatlandırma mərasimləri keçirilib.

Qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib.

Azərbaycan təmsilçisi Cəmaləddin Maqomedov Qazaxıstan idmançısı Daulet Şabanbayevlə mübarizədə qızıl medal qazanıb.

Mükafatlandırma mərasimlərindən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/546797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR