Balaxanı sakinləri avtobus çatışmazlığından əziyyət çəkirlər - VİDEO

Balaxanı sakinləri avtobus çatışmazlığından əziyyət çəkirlər - VİDEO
21:17 20 May 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Sabunçu rayonu, Yeni Balaxanı qəsəbəsinin bəzi sakinləri avtobus sarıdan əziyyət çəkirlər. Xezerxeber.az məlumat verir ki,

buna səbəb qəsəbədə olan avtobus çatışmazlığıdır.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sakinlərinin sözlərinə görə, qəsəbədə sadəcə bir avtobus xətti fəaliyyət göstərir. Həmin avtobusa minmək üçün sakinlər hər gün bir neçə kilometr yol qət etməli olurlar.
Sakinlərin sözlərinə görə, uşaqlar hər gün məktəbə getmək üçün xeyli yolu piyada getməli olurlar. Qəsəbə sakinləri bir çox hallarda taksilərdən istifadə edirlər ki, bu da onları əlavə xərcə salır.
Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən problem agentliyin mütəxəssisləri tərəfindən araşdırılacaq. Problemin həlli istiqamətində hansı addımın atılacağına bundan sonra qərar veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR