KİV: ABŞ terrorçu PKK-nın Suriyadakı “YPG” və “PYD” qollarına çoxlu silah-sursat ötürəcək

KİV: ABŞ terrorçu PKK-nın Suriyadakı “YPG” və “PYD” qollarına çoxlu silah-sursat ötürəcək
21:27 20 May 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ Bu ilin iyununda ABŞ terrorçu PKK-nın Suriyadakı “YPG” və “PYD” adlı qollarına çoxlu sayda tank, zirehli texnika və başqa ağır silahlar, habelə hərbi avadanlıq ötürəcək.
“Report” "Haber 7"-yə istinadən xəbər verir ki, ABŞ gələn ay PKK-nın qollarına çoxlu sayda tank, Piyadaların Zirehli Maşını və başqa ağır silahlar, hərbi avadanlıq verəcək.
İnformasiyaya əsasən, Pentaqon terrorçulara gecəgörmə cihazları, lazer sistemi, iri çaplı silahlar, Hava Hücumundan Müdafiə Sistemi, zirehli texnika və müxtəlif sursatlar ötürür. Qruplaşmalara hələlik tank və zirehli nəqliyyat vasitəsi verilməyib.
ABŞ uzun müddətdir, terror qruplaşmasının qollarına bahal və müasir silah-sursat tədarük edir. Pentaqonun 2014-cü ildən bu günədək terrorçulara göndərdiyi silah-sursatın qeydiyyatı aparılmır. 
Terrorçu qruplaşmanın Suriyadakı qollarına verilən silahları ingilis dilini bilən 4 nəfər qeydiyyat aparmadan təhvil alır. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-abs-in-terrorcu-pkk-nin-suriyadaki-qollarina-verdiyi-silahlarin-qeydiyyati-aparilmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR