ABŞ kürd terrorçulara ağır silahlar verir

ABŞ kürd terrorçulara ağır silahlar verir
21:47 20 May 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Pentaqonun 2014-cü ildən bəri terrorçulara göndərdiyi silah-sursatın qeydiyyatı aparılmır

Bu ilin iyununda ABŞ terrorçu PKK-nın Suriyadakı "YPG" və "PYD" adlı qollarına çoxlu sayda tank, zirehli texnika və başqa ağır silahlar, habelə hərbi avadanlıq ötürəcək.
Milli.Az "Report"a istinadən bildirir ki,ABŞ gələn ay PKK-nın qollarına çoxlu sayda tank, Piyadaların Zirehli Maşını və başqa ağır silahlar, hərbi avadanlıq verəcək.
İnformasiyaya əsasən, Pentaqon terrorçulara gecəgörmə cihazları, lazer sistemi, iri çaplı silahlar, Hava Hücumundan Müdafiə Sistemi, zirehli texnika və müxtəlif sursatlar ötürür. Qruplaşmalara hələlik tank və zirehli nəqliyyat vasitəsi verilməyib.
ABŞ uzun müddətdir, terror qruplaşmasının qollarına bahal və müasir silah-sursat tədarük edir. Pentaqonun 2014-cü ildən bu günədək terrorçulara göndərdiyi silah-sursatın qeydiyyatı aparılmır.
Terrorçu qruplaşmanın Suriyadakı qollarına verilən silahları ingilis dilini bilən 4 nəfər qeydiyyat aparmadan təhvil alır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR