İmişlidə yol qəzası baş verib: ölən var

İmişlidə yol qəzası baş verib: ölən var
21:52 20 May 2017
224 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli. 20 may. REPORT.AZ/ İmişli rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. 
“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında İmişli-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü, əslən Ağdərə rayonundan olan 54 yaşlı Zakir Məhəmmədəli oğlu Məmmədov hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticəsində ağır bədən xəsarətləri alıb. Z.Məmmədov xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-yol-qezasi-bas-verib-olen-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR