Manat borc verib dollar ya da qızıl almaq olar?

Manat borc verib dollar ya da qızıl almaq olar?
21:52 20 May 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Borclardakı dəyər fərqi qızıl, gümüş və inflyasiya nisbətinə əsasən hesablana bilər. Bu gün qızıl və gümüş pul olmaqdan çıxıb və digər mallar kimi olub. İndi onların da bəzən qiyməti qalxır, bəzən də enir.

Qızılın birjalarda dəyişməyi və qiymətinin qalxıb enməyi qısa müddətlidir. Qızıl uzun müddətdə də dəyərini saxlaya biləcək xüsusiyyətdədir.

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, pulun dəyər itkisinin qızıla əsasən hesablanması çox vaxt ziyanı qarşılaya bilər. Pulun dəyər itkisini inflyasiya nisbətinə əsasən hesablamaq ən münasib yol olsa da, inflyasiya nisbətini dəqiq müəyyən etmək çətindir.

Burada 3-cü bir yol bazarda qüvvədə olan xarici valyutanın əsas götürülməsidir. Onlar da bir kağız pul olduğu üçün həm inflyasiyanın təsirində qalır, həm də beynəlxalq birjalardakı ümümi gedişata paralel olaraq hərəkət edir; yəni, dəyəri yüksəlib azalır. Nəticə olaraq tərəflər (borc verən və borc alan) pulun dəyər itkisini nəyə əsasən hesablayırlarsa hesablasınlar, ödəşdikləri vaxt  bir-birlərilə halallaşmaları yaxşı olar. Çünki dəyər itkisini dəqiq müəyyən etmək çətindir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR