Orucu batil edən şeylər nələrdir?

Orucu batil edən şeylər nələrdir?
22:22 20 May 2017
558 Ölkə
Ölkə mətbuatı
A- A+

Oruc tutan insanların bir çoxu oruc tutmanın qaydalarının nə qədər asan olduğunu bilmədikləri üçün, onu yerinə yetirilməsi çətin bir ibadət halına gətirirlər. Bu hal, iki səbəbdən qaynaqlanır: Cəhalət və vəsvəsə.

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, cəhalətləri səbəbilə çətinləşdirənlər, Quran və peyğəmbər sünnəsində olmayan bir çox qaydalar uydururlar. Bunlardan ən məşhur olanları: "Udqunmaq", "yatmaq", "tüpürmək", "çimmək", "televizora baxmaq", "krem sürtmək", "qadına əl dəymək", "öpmək", "söyüş söymək", "başqasının siqaret tüstüsünü udmaq", - kimi halların oruclarını pozduğuna inanmalarıdır.

Vəsvəsəli insanların bir çoxu ya oruc tutmaz ya da oruclarını sadə məsələlərdən qəzaya buraxırlar. Məsələn: "Bilmədiyi halda bir şey yeyər və ya içərsə", "istəmədiyi halda qusmuşsa", "niyyət edib-etmədiyini xatırlamırsa", bu orucum hər halda olmadı deyib, orucunun batil olduğuna inanan insanlar az deyildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR