Yeni salınan qəsəbədə bıçaqlanma oldu

Yeni salınan qəsəbədə bıçaqlanma oldu
22:42 20 May 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə bıçaqlanma olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan yeni qəsəbədə qeydə alınıb. Həmin qəsəbədə yaşayan 1994-cü il təvəllüdlü Xəlilov Samir Firdovsu oğlu qarın nahiyəsindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. S. Xəlilovun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR