Məcburi köçkün qəsəbəsində bıçaqlanma

Məcburi köçkün qəsəbəsində bıçaqlanma
22:54 20 May 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan yeni qəsəbədə qeydə alınıb. Həmin qəsəbədə yaşayan 1994-cü il təvəllüdlü Xəlilov Samir Firdovsu oğlu qarın nahiyəsindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. S. Xəlilovun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR