Keçmiş vitse-prezident: “Klintonu heç vaxt prezidentliyə layiqli namizəd saymamışam”

Keçmiş vitse-prezident: “Klintonu heç vaxt prezidentliyə layiqli namizəd saymamışam”
22:57 20 May 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ “Hillari Klintonu prezidentliyə heç vax layiqli namizəd saymamışam”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden Las-Veqasda keçirilən konfransındakı çıxışında bildirib.
“Prezidentliyə ən layiqli namizəd özümü saymışam”, - deyə Co Bayden vurğulayıb.
O, əlavə edib ki, 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edə bilər. Ancaq güman ki, bu addımı atmayacaq.
Xatırladaq ki, Co Bayden bir müddət əvvəl Demokratlar Partiyasının keçirdiyi prezident seçkiləri öncəsi ilkin seçkidə iştirak edəcəyi təqdirdə qalib gələ biləcəyini deyib. Lakin övladı xərcəng xəstəliyindən vəfat etdiyindən siyasi kampaniyada iştirakdan imtina edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kecmis-vitse-prezident-klintonu-prezidentliye-hec-vaxt-layiqli-namized-saymamisam

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR