Yuxu apnesi nədir? - DƏHŞƏTLİ FAKTLAR

Yuxu apnesi nədir? - DƏHŞƏTLİ FAKTLAR
23:33 20 May 2017
Ölkə mətbuatı
A- A+

Tibb elminə yuxuda "nəfəs kəsilməsi" olaraq bilinən apne (Xoruldama və Obstrüktif Yuxu Apnesi Sindromu "OSAS") adlı xəstəlik həyatı təhdid edən uzun müddətli ciddi sağlamlıq problemlərinə səbəb olur.

Bu müəmmalı xəstəlik ilk dəfə 1965-ci il aşkarlanıb. Yunan dilində “nəfəs arzusu” mənasını verən xəstəlik (OSAS) qulaq-burun-boğaz, sinə xəstəlikləri və nevroloji olmaq üzərə 3 cür müşahidə edilir.

İnsan yuxu apnesi zamanı nəfəs almaq üçün həddindən artıq səy göstərildiyi üçün damarlar və ürək müqavimətə qarşı işləyir. O əsnada qanın tərkibində oksigen sıxlığı azalır. Ürəkdə bir sıra ritm pozğunluqları baş verir. Yuxuda baş verən ani ölümlər, yüksək təzyiq nəticəsində yaranan problemlər, ürək xəstəlikləri, infakt, insult və ifliclər birbaşa yuxu apnesi ilə bağlıdır.

İnsan yuxu əsnasında belə müxtəlif həyatı təhlükələrlə qarşı-qarşıya olur. Bütün bunları nəzərə alsaq, hər səhər sağlam olaraq yuxudan oyanmaq sözün əsl mənasında möcüzəvi haldır. Əslində yuxu apnesi önəmli məqamdır. Sadəcə normadan artıq olduqda ciddi həyati risklərə yol aça bilir.

Publika.az sizə yuxu apnesi zamanı yarana biləcək ciddi problemlərin qarşısını almaq üçün önəmli nüansları təqdim edir:

Mütəxəssislərin verdiyi məlumata görə, yuxu apnesi xəstəliyinə xüsusilə siqaret çəkən, spirtli içkilər qəbul edən insanlarda daha çox rast gəlinir. Təzyiqi yüksək olan, şəkər xəstəliyindən əziyyət çəkən insanlarda yuxu apnesi xəstəliyi normal insanlardan 4-6 dəfə daha çox müşahidə olunur.

Bu xəstəlik əsasən ürəkdə ritm pozğunluqları yaradır. Həkimlərin sözlərinə görə bu xəstəliyin yaş həddi yoxdur. Xəstəliyin qarşısı alınmazsa, orqanizmdə hətta hormonal dəyişikliklərə belə səbəb ola bilər. Bu tip insanlar ciddi yol nəqliyyat qəzalarına səbəb ola bilirlər.

Uşaqlarda bu xəstəlik badamcıqların şişməsi ilə müşahidə edilir. 9 yaşından sonra badamcıqların kiçilməsinə baxmayaraq, düzgün müalicə üsulları aparılmazsa, bu, gələcəkdə uşaqlarda müxtəlif ürək xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/199577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR