İslamiada: Azərbaycan medal əyarında liderliyini qorudu - CƏDVƏL

İslamiada: Azərbaycan medal əyarında liderliyini qorudu - CƏDVƏL
00:33 21 May 2017
119 Digər
Ölkə mətbuatı
A- A+

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları günü 10 medalla başa vurublar.

Medallardan 3-ü qızıl, 4-ü gümüş, 3-ü bürünc əyarlı olub.

Qızıl medallara sərbəst güləşçi Hacı Əliyevlə (61 kq) Cəmaləddin Məhəmmədov (125 kq), eləcə də para-atletikanın T11 kateqoriyası üzrə uzununa tullanma yarışında Elçin Muradov yiyələnib.

Gümüş medalları sərbəst güləşçi Murtuzəli Müslümov (70 kq), zorxana komandası, 10 metrlik platformadan suya tullanma yarışında Artyom Danilov, para-atletikanın uzununa tullanma yarışında Kamil Əliyev əldə edib.

Bürünc medallara sərbəst güləşçi Şərif Şərifov (86 kq), para-atletikanın uzununa tullanma yarışında T11 kayeqoriyasında Zeyniddin Bilalov, T12 kateqoriyasında isə Oleq Panyutin sahib olub.

Bununla da Azərbaycanın aktivindəki medalların sayı 134-ə yüksəlib. Medallardan 66-sı qızıl, 39-u gümüş, 29-u bürünc əyarlıdır. Türkiyə isə 65 qızıl, 58 gümüş, 49 bürünc olmaqla, ümumilikdə 172 medal əldə edib. Beləliklə, Azərbaycan medal əyarında liderliyini qoruyub.

1 Azərbaycan 66 39 29 134
2 Türkiyə 65 58 49 172
3 İran 24 25 33 82
4 Özbəkistan 15 15 30 60
5 Bəhreyn 12 5 4 21
6 Əlcəzair 7 12 18 37
7 Mərakeş 7 5 14 26
8 İndoneziya 6 29 20 55
9 Misir 6 4 7 17
10 Səudiyyə Ərəbistanı 4 1 6 11
11 Qırğızıstan 3 4 7 14
12 İordaniya 3 1 11 15
13 Qazaxıstan 2 4 10 16
14 Türkmənistan 2 4 6 12
15 İraq 2 4 4 10
16 Suriya Ərəb Respublikası 2 2 6 10
16 Qətər 2 2 6 10
18 Tunis 1 2 8 11
19 Kamerun 1 2 5 8
20 Seneqal 1 1 1 3
21 Banqladeş 1 1 0 2
21 Qambiya 1 1 0 2
23 Qvineya-Bisau 1 0 1 2
23 Mozambik 1 0 1 2
23 Benin 1 0 1 2
26 Pakistan 0 3 5 8
27 Nigeriya 0 3 1 4
28 Oman 0 2 4 6
29 Birləşmiş Ərəb Əmirliyi 0 1 3 4
30 Surinam 0 1 2 3
30 Qayana 0 1 2 3
32 Cibuti 0 1 1 2
33 Uqanda 0 1 0 1
34 Fil Dişi Sahili 0 0 4 4
35 Əfqanıstan 0 0 1 1
35 Livan 0 0 1 1
35 Malayziya 0 0 1 1
38 Albaniya 0 0 0 0
38 Bruney Darüssəlam 0 0 0 0
38 Burkina-Faso 0 0 0 0
38 Çad 0 0 0 0
38 Yəmən 0 0 0 0
38 Qabon 0 0 0 0
38 Qvineya 0 0 0 0
38 Maldiv adaları 0 0 0 0
38 Mali 0 0 0 0
38 Mavritaniya 0 0 0 0
38 Niger 0 0 0 0
38 Fələstin 0 0 0 0
38 Syerra-Leone 0 0 0 0
38 Somali 0 0 0 0
38 Tacikistan 0 0 0 0
38 Toqo 0 0 0 0
38 Qəmər adaları 0 0 0 0

Report


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/199584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR