Leysan və dolu fəsadlar törətdi

Leysan və dolu  fəsadlar törətdi
00:59 21 May 2017
148 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda güclü yağış Tsxaltubo şəhərində və yaxın kəndlərdə fəsadlar törədib. APA-nın Gürcüstan bürosunun məlumatına görə,  kənd evlərinə və kənd təsərrüfatı torpaqlarına ciddi ziyan dəyib və sahələr su altında qalıb. Sakinlərin məlumatına görə, güclü yağış iki gün intensiv yağıb və evlərin zirzəmilərini sel suları ilə doldurub.

 

Hazırda xilasetmə qrupları zirzəmilərə dolan sel sularını nasoslarla çəkirlər.

 

Məlumata görə, əhaliyə dəyən ziyan xüsusi komissiya tərəfindən yaxın günlərdə hesablanmağa başlanılacaq.

 

Analoji vəziyyət azərbaycanlıların kompakt yaşadığı kəndlərdə də baş verib. Marneuli rayonunun Qaçağan, Bolnisinin Faxralı kəndinə xırda dolu düşüb. Xoşbəxtlikdən Qısa müddət ərzində düşən dolu kənd təsərrüfatı torpaqlarına ziyan verməyib.

 

Gürcüstanın Telavi, Gürcaani və Laqodexi rayonlarının kəndlərinə 10-15 dəqiqə güclü yağan dolu kənd sakinlərin təsərrüfatına ciddi ziyan vurub. Hələlik dəyən ziyan barədə məlumat verilməyib. Sakinlərin dediyinə görə, yerli icra hakimiyyətlərinin təbii fəsadlar barədə məlumatları yoxdur.

 

Məlumata görə, Qori rayonundakı iki kəndinə də ciddi zərər dəyib. Yerli sakinlərin sözlərinə görə, becərilən məhsulun yarıdan çoxu məhv olub, çoxillik bitkilərə ziyan dəyib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275054

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR