Yəmən üsyançıları Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını bildiriblər

Yəmən üsyançıları Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını bildiriblər
01:02 21 May 2017
190 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 may. REPORT.AZ/ Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının üsyançıları Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinə məxsus qırıcını vurduqlarını bildiriblər.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Əl Mayadeen" telekanalı husilərin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, vurulan Amerika istehsalı olan "F-16" qırıcısıdır. Lakin hərəkatın üzvü ekipajın sağ qalıb-qalmaması və hadisənin Yəmənin hansı vilayətində baş verdiyini açıqlamayıb.
Səudiyyə hərbçiləri hələlik xəbərə münasibət bildirməyiblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yemen-usyancilari-seudiyye-erebistanina-mexsus-qiricini-vurduqlarini-bildiribler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR