ABŞ və Səudiyyə Ərəbistanı İrana qarşı səylərini birləşdirirlər

ABŞ və Səudiyyə Ərəbistanı İrana qarşı səylərini birləşdirirlər
04:09 21 May 2017
124 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ və Səudiyyə Ərəbistanı İrana qarşı mövqelərini və bütün səylərini sıx şəkildə əlaqələndirəcəklər.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bildirib.

 

“Biz İrana, xüsusən, ekstremizm, ekstremizmin ixracı, əcnəbi terrorçuların və silahlı dəstələrin dəstəklənməsinə qarşı yönələn səylərimizi sıx şəkildə əlaqələndiririk. İran onlara Yəmən, İraq və Suriyada dəstəkləyir”, - deyə Tillerson Ər Riyadda Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cubeyrlə keçirdiyi mətbuat konfransında bildirib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275059

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR