"Qantas" aviaşirkətinə məxsus sərnişin təyyarəsi ABŞ-da təcili eniş edib

"Qantas" aviaşirkətinə məxsus sərnişin təyyarəsi ABŞ-da təcili eniş edib
06:15 21 May 2017
117 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ-da "Qantas" aviaşirkətinə məxsus "Airbus A380" sərnişin təyyarəsi ABŞ-ın Los-Ancles şəhərində (Kaliforniya ştatı) təcili eniş edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təcili enişə səbəb mühərriklərin birində nasazlığın olması olub.

"Cümə günü axşam saatlarında QF94 Los-Ancles-Melburn reysini həyata keçirən A380 təyyarəsi mühərriklərinin birində nasazlığın olması səbəbində Los-Anclesə geri dönüb", - "Qantas" aviaşirkətinin nümayəndəsi Tomas Vudvord deyib.

Onun sözlərinə görə, təyyarə təcili enişi yerli vaxtla saat 03:00-da edib. Mühərrikdə nasazlığın baş verməsi səbəbi müəyyənləşdirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2757254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR