Bütün zamanların ən məşhur arvadbazları - Fotolar

Bütün zamanların ən məşhur arvadbazları - Fotolar
08:03 21 May 2017
144 Digər
Ölkə mətbuatı
A- A+

Uğurlu və yaraşıqlı qadınların hər zaman məşhur insanlar, aktyorlar, musiqiçilər tərəfindən arzu olunması hesab edilib. Lakin bu hər zaman belə deyil. Aşağıda təqdim edilmiş siyahıda bütün zamanların ən arvadbaz kişilərin adları yer alıb.

Fidel Kastro. Kommunist diktator, şayiələrə görə 35 minə yaxın qadını olub.

Kubanın diktatoru Fidel Kastro sağlığında 35 min qadınla yatıb. Kastro administrasiyasında çalışan səlahiyyətli insanlardan biri diktatorun 40 il ərzində gündə 2 qadınla yatdığını deyib. Kastro qadınlardan biri ilə nahar, digəri ilə şam, bəzən isə səhər yeməyi vaxtı yatıb. Lakin yatdığı qadınların rəqəmləri dəqiq verilməsə də, hesabın minə çatması dəqiqdir. 1993-cü ildə jurnalist məqaləsi üçün diktatordan uşaqlarının sayını soruşduqda o, deyib: “Təxminən bir tayfa qədər”. Qeyd edək ki, qadınlar Fidel Kastronu ilk baxışdan sevirdilər.

Uil Çemberlen. Basketbol ulduzunun 20 min qadınla münasibətdə olduğunu iddia edir.

Uilin 1991-ci ildə nəşr etdirdiyi “Yuxarıdan baxış” adlı kitabında, basketbolçu həyatı boyunca 20 min qadınla yatması haqda yazıb. Yeniyetməlik çağlarında utancaq və özünə inamı olmayan Uil, getdikcə seks simvola çevrilib. Bəziləri onu hörmətcil və heyrətamiz insan olduğunu desə də, bir qrup insanlar onu kobudluq və seksə meyillikdə ittiham edib. 20 min qadın haradan peyda olub? 80-ci illərdə Uilin dostu 10 gün onun evində qalıb. dostu Uilin günə 2-3 qadınla yatdığını bildirib. Bu rəqəmi illərə vurduqda Uilin qadınlarının sayı 20 mini aşır. 1999-cu ildə ölərkən Uil kişilərə müraciət edərək onun yolunu davam etməməyi tövsiyə edib. Sonda isə həyatı boyunca bir qadınla daha çox həzz verdiyini bildirib.

Afro-amerikalı musiqiçi Cey Houkins. 57 uşaq atası.

Blyuz ifaçısı 2000-ci ildə vəfat etməzdən öncə öz həyatını ən yaxın dostlarına danışıb. O, 57 uşaq arası olduğunu etiraf edib. Hətta bir gün qadınlardan biri xəyanətə görə bıçağı Ceyin kürəyindən sancıb. Lakin Cey 70 yaşına kimi səhnədə qalıb. həyatı bpyunca neçə oğul övladına malik olmasını bilmədiyi üçün peşmançılıq çəkib. Houkins vəfat edərkən dostu onun övladlarını axtarışa verməyə başlayır. Hazırda 33 övladı tapılıb və axtarışlar hələ də davam edir.

Con Holms. Porno ulduz 14 min qadınla yatması ilə fəxr edib.

Con Holms 70-80-ci illərdə 2250 porno film və kinolara çəkilib. O, 70-ci illərdə ən məhsuldar porno aktyor olub və günə 3000 dollar qazanıb. Jurnalların birində verdiyi müsahibə zamanı 14 min qadınla yatmasını deyib. Qadınların bəziləri onunla porno filmdə çəkilib, bəziləri isə pul müqabilində onunla yatıb. Con 1986-cı ildə 43 yaşında AİDS xəstəliyindən vəfat edib.

Cin Simmons. “Kiss” qrupunun üzvü. 5000-ə yaxın yatdığı qadınların fotolarına sahib olduğunu deyib.

“Kiss” qrupunun üzvü Cin, 5000 qadınla yatması və sübut kimi onların fotolarının olduğunu deyib. 37 il ərzində yatdığı qadınların fotoları Polaroid aparatı ilə çəkilib. Qeyd edək ki, Cin rəfiqəsi ilə 28 il birgə yaşadıqdan sonra 2011-ci ailə həyatı qurub. Bu zaman cütlüyün 25 yaşlı oğulları toyda sürücü, 22 yaşlı qızları isə gəlinin rəfiqəsi olub.

Uorren Bitti. Aktyor

Hesablamalar görə, Uorren 13 min qadınla yatıb. O, bu haqda bioqrafik kitabında yazıb. Uorren bir sıra Hollivud aktrisaları ilə cinsi münasibətdə olub.

Cakomo Kazanova. Zadəgan.

Kazanova 1725-ci ildə Venesiyada doğulub. O, keşiş olmaq istəyib lakin yataqda qadınla tutulduqdan sonra kilsədən qovulub. Onun müəllifi olduğu “Histoire de MaVie” adlı kitabında öz seskual həyatını təsvir edib.

Çingizxan. Sərkərdə.

Monqolların hərbi başçısı Çingizxan öz vaxtında o dərəcədə məhsuldar olub ki, hazırda dünyada 16 min qadın və kişi onun davamçısı olduğu hesab olunur.

Lord Bayron. Şair.

Öz qısa ömründə (1788-1824) o, minlərlə şeir yazıb, dünyanı səyahət edib və eşqbazlıqla məşğul olmağa vaxt tapıb. O, il ərzində 250 qadınla yatıb. Qadınlar arasında fahişə, aristokrat, qulluqçu, aktrisa olub. o, öz ögey bacısı ilə evli olub.

Cek Nikolson. Aktyor.

“Qu quşu yuvası üzərindən uçuş” (“One flew over the cuckoo's nest”) filmindən tanıdığımız Hollivud aktyoru Cek Nikolson, hər zaman seks simvol olmasından utanıb. Şayiələrə görə Cek 2000 qadınla yatıb. Hollivudda onu ən məşhur arvadbaz adlandırıblar.

Nura


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilgi/28151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR