Venesuelada etiraz aksiyaları: 46 nəfər xəsarət aldı

Venesuelada etiraz aksiyaları: 46 nəfər xəsarət aldı
09:22 21 May 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Venesuelanın paytaxtı Karakas şəhərində keçirilən etiraz aksiyalarında 50-ə yaxın insan xəsarət alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə paytaxtın Çakao rayonunun rəhbəri Ramon Muçaço öz "Twitter"ində yazıb.

Onun sözlərinə görə, ümumilikdə 46 nəfər yaralanıb. Onlardan 30-u zədə alıb, 2-i isə yanıq xəsarətlidir. Aksiyaçılardan 2-də yüksək qan təzyiqi qeydə alınıb. 

Qeyd edək ki, Karakasda naməlum şəxs avtomobilini etirazçıların üstünə sürüb. Nəticədə bir nəfər xəsarət alıb. 

Xatırladaq ki. Venesuelada yüz minlərlə insan küçələrə çıxaraq ölkə prezidenti Nikollas Madduroya etirazın 50-ci gününü qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR