Aralıq dənizində 4000-dən çox miqrant xilas edildi

Aralıq dənizində 4000-dən çox miqrant xilas edildi
09:32 21 May 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Aralıq dənizində 3 gün ərzində keçirilmiş əməliyyatların gedişində 4000-dən çox miqrant xilas edilib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə İtaliyanın Sahil Mühafizəsi xəbər verib.
Xəbərdə bildirilir ki, cümə günü və şənbə gününə keçən gecə 2121 insanın həyatını xilas etmək mümkün olub. Onların arasında təcili tibbi yardıma ehtiyacı olan yarımaylıq körpə də olub.

Bundan əlavə, Avropaya çatmağa can atan 17 qayıqdan birində meyit tapılıb. Cümə axşamı isə Aralıq dənizində 2,3 min insan xilas edilib.

Beynəlxalq Miqrasiya Təşkilatı cari ildə Avropaya dəniz yolu ilə 54 mindən çox qaçqının gəldiyini xəbər verib. Təşkilatın məlumatına görə, 1,3 mindən çox insan həlak olub, ya da itkin düşüb. Miqrantların əksəriyyəti - 85 faizdən çoxu İtaliyaya üz tutub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR