Bir gecədə 20 nəfər bu xəstəlikdən öldü - EPİDEMİYA SÜRƏTLƏ YAYILIR

Bir gecədə 20 nəfər bu xəstəlikdən öldü - EPİDEMİYA SÜRƏTLƏ YAYILIR
09:33 21 May 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Son bir sutka ərzində Yəməndə 20 nəfər vəbadan vəfat edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, son 3 həftə ərzində ölkədə 242 nəfər bu xəstəliyin qurbanı olub. Habelə, daha 2460 nəfərə vəba diaqnozu qoyularaq tibbi nəzarət altına alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının Yəmən üzrə nümayəndəsi Nevio Zagaria jurnalistlərə bildirib ki, ölkədə vəba epidemiyası görünməmiş sürətlə yayılır. İlin sonuna qədər daha 250 min nəfərin vəbaya yoluxması ehtimalı var.

Zagaria iki ildir ölkədə hərbi əməliyyatların getməsi səbəbindən səhiyyə xidmətlərinin pisləşdiyi Yəməndə vəbanın qarşısının alınmasının çətinləşdiyini əlavə edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR