Bərdədə və Şəkidə yanğın olub

Bərdədə və Şəkidə yanğın olub
09:39 21 May 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Mehdili kəndində ümumi sahəsi 1320 m2 olan yem üyütmə sexinin anbarının havalandırma borusunda yem qalıqları yanıb. Anbar yanğından mühafizə olunubr. Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Bundan başqa Şəki rayonu, Baş Göynük kəndində də oxşar hadisə baş verib. Əkin sahəsində ümumi sahəsi 60 m2 olan, taxta konstruksiyalardan ibarət yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR