BMT baş katibindən siyasi dialoq ÇAĞIRIŞI

BMT baş katibindən siyasi dialoq ÇAĞIRIŞI
09:42 21 May 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

BMT-nin baş katibi Antoniu Quttereş Tripolidəki qruplaşmaların Liviyanın cənubundakı aviabazaya hücumlarından sonra tərəfləri siyasi dialoqa qayıtmağa və asayişi bərpa etməyə çağırıb.

Milli.Az report.az-a istinadən bildirir ki, BMT baş katibinin nümayəndəsi Stefan Dyujarrik hücum zamanı dinc sakinlərin ölümünün hərbi cinayət yarada biləcəyini bildirib.

"Baş katib Liviyanın cənubunda Brak-əş-Şati bazasında hərbi əməliyyatların genişlənməsindən çox narahatdır və bütün tərəfləri təmkinlilik göstərməyə, qaydaları bərpa etməyə çağırır", - deyə yayılmış bəyanatda bildirilir.

BMT-də həmçinin bildirilib ki, dinc sakinlərin həlak olması barədə məlumatlardan narahatdırlar və bu, təsdiqlənərsə, hərbi cinayət ola bilər.

Quterreşin sözlərinə görə, təhlükəsizlik sahəsində vəziyyət xatırladır ki, Liviyada münaqişənin hərbi yolla həlli ola bilməz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR