“Twitter”də dəhşətli heşteq

“Twitter”də dəhşətli heşteq
05:21 8 Yanvar 2015
106 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə 12 karikaturaçının ölümü ilə nəticələnən terror hücumundan sonra mötədil müsəlmanlar da təhrik edici virtual hücuma məruz qalıblar.

ANS PRESS-in məlumatına görə, tvitter mikrobloqunda “killallmuslims” (Müsəlmnları öldürün) heşteqi ilə müsəlmanlara qarşı nifrət aşılayan minlərlə ismarış yayılıb.

Tamamilə təxribat məqsədli yayılmış heşteq 15 dəqiqəyə yaxın tvitterin efirində qalıb.

Bir müddət sonra müsəlmanların da etiraz ismarışlarından sonra tvitter rəhbərliyi bu heşteqlə yazılmış ismarışları silib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR