Yəməndə vəba tüğyan edir: 242 ÖLÜ

Yəməndə  vəba tüğyan edir: 242 ÖLÜ
09:57 21 May 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Son bir sutka ərzində Yəməndə 20 nəfər vəbadan vəfat edib.

Milli.Az report.az-a istinadən bildirir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, son 3 həftə ərzində ölkədə 242 nəfər bu xəstəliyin qurbanı olub. Habelə, daha 2460 nəfərə vəba diaqnozu qoyularaq tibbi nəzarət altına alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının Yəmən üzrə nümayəndəsi Nevio Zagaria jurnalistlərə bildirib ki, ölkədə vəba epidemiyası görünməmiş sürətlə yayılır. İlin sonuna qədər daha 250 min nəfərin vəbaya yoluxması ehtimalı var.

Zagaria iki ildir ölkədə hərbi əməliyyatların getməsi səbəbindən səhiyyə xidmətlərinin pisləşdiyi Yəməndə vəbanını qarşısının alınmasının çətinləşdiyini əlavə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR