Yaponiyada naməlum şəxs küçədə bıçaqla insanlara hücum edib

Yaponiyada naməlum şəxs küçədə bıçaqla insanlara hücum edib
10:32 21 May 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 may. REPORT.AZ/ Yaponiyanın Matsudo şəhərinin parkında naməlum şəxs bıçaq və dəyənəklə yoldan keçənlərə hücum edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.
İnsident nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Məlumata görə, yaralıların arasında hücum edən şəxsin özü də var.
Hadisənin səbəbləri araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiyada-namelum-sexs-kucede-bicaqla-insanlara-hucum-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR