Türkiyə 998 gün sonra - "İkinci Ərdoğan Dönəmi" başlayır

Türkiyə 998 gün sonra - "İkinci Ərdoğan Dönəmi" başlayır
10:42 21 May 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üçüncü növbədənkənar qurultayı öz işinə başlayır. 

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, AK partiyası bununla da "İkinci Ərdoğan Dönəmi"nə başlayır. 

Partiya nümayəndələri Türkiyə vaxtı ilə saat 10:00-da başlayacaq konqres üçün erkən saatlarından Ankara Arena İdman Saonuna axın ediblər.

2014-cü il avqustun 27-də 1-ci Fövqəladə Qurultayda səlahiyyətlərini Əhməd Davudoğluna təhvil verən Ərdoğan 998 gün sonra partiyaya rəhbərlik etməyə başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR