İstanbulda QDİƏT-in yubiley sammiti öz işinə başlayıb

İstanbulda QDİƏT-in yubiley sammiti öz işinə başlayıb
10:47 21 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbul. 21 may. REPORT.AZ/ İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 25-ci yubiley sammiti öz işinə başlayıb.
"Report"un Türkiyə bürosu xəbər verir ki, sammitdə 11 ölkədən prezident, baş nazir və nazirlər iştirak edir.
Lütfü Kırdar Kongre Mərkəzində keçirilən sammit Xarici İşlər Nazirləri Şurasının iclası ilə start götürüb.
İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir. Sammiti QDİƏT-in baş katibi Maykl Kristides açıb. Baş katib təşkilatın 25 illik fəaliyyətindən söz açıb və müzakirə olunacaq məsələlərdən danışıb. İclasda Türkiyə baş nazirinin müavini Toğrul Türkeşin məruzəsi dinlənilib.
Sonda nümayəndə heyəti ailə fotosu çəkdirib.
Sammitin ikinci günü QDİƏT-in 25-ci illlik yubileyinə həsr olunmuş zirvə toplantısı keçiriləcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək toplantıda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.





Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-stanbulda-qdi-et-in-yubiley-sammiti-oz-isine-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR