Bakı-2017: Güləşçimiz yarımfinala çıxdı

Bakı-2017: Güləşçimiz yarımfinala çıxdı
10:55 21 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın güləşçilərin mübarizəsi davam edir.

Trend-in məlumatına görə, 69 kq çəki dərəcəsində çıxış edən idmançımız Elis Manolova 1/4 finalda kamerunlu Blandine Metala Epanqa ilə üz-üzə gəlib.

Daha inamla güləşən təmsilçimiz qələbə qazanaraq yarımfinala yüksəlib - 6:0.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2757290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR