Məşhur türkiyəli müğənni Bakıda konsert verdi - FOTO

Məşhur türkiyəli müğənni Bakıda konsert verdi - FOTO
10:57 21 May 2017
83 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşavirliyinin təşkilatçılığı ilə qardaş ölkənin mədəniyyət və turizm günlərinə start verilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tədbir IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən İslam ölkələrinin "Mədəniyyət günləri" çərçivəsində baş tutub.

Ötən gün tədbir çərçivəsində türkiyəli müğənni Niran Ünsal paytaxtımızın qonağı olub. Yağışlı havaya baxmayaraq ifaçı mahnılar səsləndirib. Tamaşaçılarla birlikdə əylənən Niran Bakını çox sevdiyini söyləyib.

Tədbirdə Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev çıxış edərək İslam ölkələrinin mədəniyyət günlərinin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycanla Türkiyə arasında hər sahədə mövcud tərəfdaşlıq əlaqələri birlik və bərabərliyin göstəricisidir.

Səfirliklə yanaşı, İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən 100-dək sənət ustası qatılıb.

Bu gün də davam edəcək tədbirdə Burak Kut səhnəyə çıxacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/546869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR