Qadın güləşçimiz üçüncü görüşündə qələbə qazandı

Qadın güləşçimiz üçüncü görüşündə qələbə qazandı
11:17 21 May 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın güləşçimiz üçüncü görüşünü qələbə ilə başa vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, 75 kq çəki dərəcəsində yarışan idmançımız Səbirə Əliyeva qırğızıstanlı Aypəri Mədətqızı ilə qarşılaşıb.

Təmsilçimiz rəqibi üzərində vaxtından əvvəl - tuşe ilə qələbə qazanıb.

S.Əliyeva bundan əvvəl Qazaxıstan təmsilçisi İrina Kazyulinaya qalib gəlsə də, misirli Samar Hamzaya məğlub olmuşdu.

Güləşçimizin növbəti rəqibi türkiyəli Yasemin Adar olacaq.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR