Qadın güləşçimiz FİNALDA

Qadın güləşçimiz FİNALDA
11:29 21 May 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qadın güləşçimiz Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ən az gümüş medalı təmin edib.

Trend-in məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Elis Manolovanın 1/4 finalda rəqibi türkiyəli Busə Tosun olub.

Gərgin keçən görüşdə E.Manolova hesabda geridə olarkən (4:10) rəqibin kürəyini yerə vurmağı bacarıb.

Beləliklə, güləşçimiz finala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2757296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR