ABŞ Gürcüstanda hərbi islahatlara kömək edəcək

ABŞ Gürcüstanda hərbi islahatlara kömək edəcək
11:53 21 May 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Gürcüstanda hərbi islahatlara yardım edəcək.

Publika.az report.az-a istinadən bildirir ki, nazirlik ABŞ-ın müdafiə naziri Ceyms Mettisin bu ölkənin ordusunda islahata dəstək məktubunu dərc edib.

"Müdafiə Departamenti Gürcüstana hərbi islahat prosesində yardım etməyə hazırdır" - deyə Ceyms Mettis məktubda yazıb.

Mettis həmçinin vurğulayıb ki, ölkə hakimiyyətinin seçilmiş xəttə və prinsiplərə sadiqliyini son dərəcə vacib hesab edir.

Bundan əvvəl isə Gürcüstanın baş nazirinin Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və vitse-prezident Maykla Penslə ilə görüş keçirməsi barədə xəbər verilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR