Bərdədə yem üyütmə sexində yanğın olub

Bərdə rayonu, Mehdili kəndində yanğın qeydə alınıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, kBərdə rayonu, Mehdili kəndində ümumi sahəsi 1320 m2 olan yem üyütmə sexinin anbarının havalandırma borusunda yem qalıqları yanıb.

Anbar yanğından mühafizə olunub.

Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR