Qadın güləşçimiz İslamiadanın qızıl medalını qazandı

Qadın güləşçimiz İslamiadanın qızıl medalını qazandı
12:22 21 May 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qadın güləşçimiz Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Trend-in məlumatına görə, 53 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Leyla Qurbanova ilk görüşdə Türkiyə təmsilçisi Burcu Kevicini tam üstünlüklə məğlub edib.

İkinci oyunda qazaxıstanlı Aygül Nuralimi 6:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi qadın güləşçilərimizin İslamiadada ilk qızıl medalına sahib olub.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2757306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR