O ölkənin ordusu lazer silahlarla güclənir

Böyük Britaniyanın Müdafiə Nazirliyi lazer silahların istehsal edilməsi üçün bir neçə Avropa şirkəti ilə müqavilə imzalayıb.

Metbuat.az-ın məlumatına görə, müqavilənin dəyəri 30 milyon sterlinqdir. Bildirilir ki, silahlar quru və dənizdəki hədəfləri məhv edə biləcək. Ərsəyə gətirilən silahlar sınaqdan uğurla çıxarsa, hərbi vasitələr 2019-cu ildə ordunun arsenalına qatılacaq. Ölkə mətbuatı Müdafiə Nazirliyinin bu addımının Rusiyaya qarşı olduğunu iddia edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR