Qiyamətdən qorunmaq üçün meşədə gizləndi

Rusiyanın Kostroma şəhərində yaşayan 38 yaşlı kişi “qiyamət baş verəcək” xəbərlərinin təsiri altına düşüb.

Metbuat.az xəbər verir ki, o, qiyamət zamanı baş verə biləcək təbii fəlakətlərdən qorunmaq üçün meşədə sığınacaq hazırlayıb. Yerin bir neçə metr dərinliyində hazırlanan sığınacaqda yaşamaq üçün lazımi şəraiti də qurulub.

Məsələnin üstü sakinlərin şikayəti əsasında açılıb. Bildirilir ki, meşədə ağacların icazəsiz kəsildiyi barədə məlumat alan polis, ərazidə iki sığınacaq aşkar edib. Məlum olub ki, ağırlığa davam gətirməyən birinci sığınacaq çökdüyü üçün rusiyalı daha bir ərazini qazaraq yaşamaq üçün şərait qurub. Maraqlısı budur ki, rusiyalı bütün bunları reallaşdırmaq üçün bankdan 1200 dollar kredit götürüb.

Təbii fəlakətlərdən qorunmaq üçün meşəyə sığınan şəxsin növbəti hədəfi irimiqyaslı sel fəlakətlərindən xilas olmaq üçün gəmi düzəltməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR