Azərbaycan vətəndaşının Ukraynaya girişinə qadağa qoyuldu - Krıma görə

Azərbaycan vətəndaşının Ukraynaya girişinə qadağa qoyuldu - Krıma görə
13:52 21 May 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukrayna Krıma qanunsuz səfərlə əlaqədar Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycanın vətəndaşı olan 9 nəfərin 3 il ərzində ölkəyə girişinə qadağa qoyub.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə bu gün Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Beredyan sərhəd dəstəsi sərhəd nəzarəti zamanı üzə çıxarıb ki, Özbəkistanın 6, Qazaxıstanın 1, Qırğızıstanın 1 və Azərbaycanın 1 vətəndaşı Krıma fəaliyyətini dayandırmış sərhəd-keçid məntəqəsindən daxil olub, Krıma səfərlə bağlı xüsusi icazəyə malik olmayıblar. Həmin şəxslər sərhədi "Çonqar" sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılıblar. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/546898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR